"Qarabağ" üçün UEFA Kubokunun qalibi olmuş 102 yaşlı rəqib

16:03 5 Avqust 2016

“Qarabağ” Avroliqanın pley-off mərhələsində İsveçin “Höteborq” komandası ilə qarşılaşacaq. 


Sportarena.az saytı komandanın rəqibi haqda ətraflı məlumatı təqdim edir:


“Höteborq” İsveçin eyni adlı şəhərini təmsil edir. Klub 1904-cü ildə yaradılmışdır. Komandanın rəngləri mavi və ağdır. “Höteborq” ev oyunlarını 18.416 nəfərlik “Gamla Ullevi” stadionunda keçirir.


“Höteborq” 18 dəfə İsveç çempionu, 13 dəfə isə “Allsvensken” liqasının qalibi olub. Rəqibimiz 1981-82 və 1986-87-ci illər mövsümündə UEFA kubokunun qalibi olub. Ötən mövsümü rəqibimiz ikinci pillədə başa vurub. Bu mövsüm isə 16 turdan sonra 29 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Avropa Liqasına ilk mərhələdə "Höteborq" Uels təmsilçisi "Llandudno"nu iki oyunun nəticəsinə görə 7:1 hesabı ilə üstələyib, ikinci mərhələdə Polşanın "Piast" klubunu iki oyunun nəticəsinə görə 3:0 hesabıyla məğlub edib. III mərhələdə öz meydanında Finlandiyanın "Helsinki" klubuna 2:1 hesabıyla məğlub olan rəqibimiz səfərdə 2:0 hesablı qələbə qazanaraq pley-off-a vəsiqəni təmin edib.


Komandanın hazırki heyətində 12 isveçli, 3 norveçli, 3 danimarkalı, 1 islandiyalı, 2 qanalı və 1 boliviyalı futbolçu çıxış edir. Komandaya isə isveçli Yorgen Lennartsson rəhbərlik edir.


Digər xəbərlər

Xəbər xətti