İbrahimoviç avtomobillərini Mançesterə aparacaq

21:28 5 Avqust 2016

"Mançester Yunayted"in hücumçusu Zlatan İbrahimoviç öz avtomobillərini də Parisdən İngiltərəyə daşımaq fikrindədir.


Məlumata görə 34 yaşlı futbolçunun qırmızı  "Ferrari Enzo" və qara  "Porsche 918 Spyder"i var. Bu iki avtomobilin dəyəri 1,8 milyon avrodur.


Digər məlumata görə Zlatan Mançesterdə özünə ev kirayə edib. Kirayə üçün aylıq 28 min avronu klub ödəyəcək.


Xəbər xətti