Azər Məmmədov: "Gəncədə həmişə futbol olub və biz onlara qalib gələ bilərik"

15:30 6 Avqust 2016

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatına start verilib. 


Sportarena.az xəbər verir ki, “Kəpəz”in əvəzedici komandası yeni mövsümdə ilk oyununu sabah keçirəcək. “Sarı-göylər” Qəbələdə eyniadlı komanda ilə qarşılaşacaq. 


Əvəzedici komandanın baş məşqçisi Azər Məmmədov klubun rəsmi saytına açıqlamasında mövsümün startı ilə bağlı bunları deyib: “Hər bir klub kimi bizim də istəyimiz nəticənin yaxşı olmasıdır. Amma ən əsası uşaqların yaxşı oynayıb özünü göstərməsi və əsas komandaya dəvət almasıdır. Çempionat 28 oyundan ibarətdir. Bu qədər oyun sayı onların özünü sübut edə bilməsi üçün kifayətdir. Çempionatın başlaması təbii ki, sevindiricidir. İlk turda “Qəbələ” ilə qarşılaşacağıq. Rəqib komplektləşmiş, güclü komandadır. Amma Gəncədə həmişə futbol olub və biz onlara qalib gələ bilərik. Ümumiyyətlə, çempionatda ən yaxşı komandalardan biri olmaq istəyirik. Uşaqlara inanıram və ümid edirəm ki, belə də olacaq”.


Xəbər xətti