“Döyüş Sənətinin izi ilə” kitabının təqdimatı oldu

23:27 6 Avqust 2016

Azərbaycan Uşu və Muaytay Federasiyasının prezidenti Azər Həsənsoy kitabının təqdimatını keçirib.Azər müəllimin kitabının adı “Döyüş Sənətinin izi ilə” adlanır.

Bu kitab olduqca maraqlıdır. Kitabın içinə nəzər yetirdikdə görürük ki, hələ çox qədimlərdə türklər arasında döyüş sənətləri mövcud olub. Azər müəllim isə bunları – yəni türklər içində döyüş sənətlərinin mövcudluğunu uzaq şərq ölkələri olan Yaponiya, Çin və Koreya arxivlərindən olan sənədlərlə sübuta yetirir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabı oxumaqla əslində bildiyimi qədim döyüş növlərinin uzaq şərk ölkələrində deyil, məhz türklərdə yarandığının şahidi olarıq.

Kitabın açılış törənində isə bir sıra qonaqlar Azər müəllim və yazıdığı bu kitab haqda ürək sözlərin söyləyərək, əslində, bu addımın çox faydalı bir iş olduğunu auditoriyanın nəzərinə çatdırdılar.


Digər xəbərlər

Xəbər xətti