Albaniyalı futbolçu: "Qarabağ"ın mənə olan marağını mətbuatdan oxumuşam"

00:32 7 Avqust 2016

Adı “Qarabağ” və “Qalatasaray”la hallanan albaniyalı forvard Armando Sadiku söz-söhbətlərə aydınlıq gətirib. 25 yaşlı futbolçu yayılan transfer xəbərlərini təkzib edib: “Adımın “Qarabağ”la hallanmasını mətbuatda oxumuşam, amma mənə Azərbaycan klubundan rəsmi təklif gəlməyib. Məndən bir türk jurnalist də adımın “Qalatasaray”la hallandığını soruşmuşdu. Amma “Qalatasaray”dan da təklif almamışam. Düzdür, hazırda bir neçə klubun maraq dairəsindəyəm. Amma heç bir yenilik yoxdur”.
Qeyd edək ki, Armando Sadiku müqavilə ilə İsveçrənin “Sürix” klubuna məxsusdur. O, son mövsümü icarə əsasında “Vadus” klubunda keçirib.
Qafqazinfo
 

 


Digər xəbərlər

Xəbər xətti