Poqba bu gün "Mançester Yunayted"lə müqavilə imzalayır

13:59 7 Avqust 2016

"Yuventus"un ulduz futbolçusu Pol Poqba bu gün "Mançester Yunayted"lə müqavilə imzalayacaq. 


Sportarena.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.


Məlumata görə ulduz futbolçu artıq İngiltərədədir və bu gün son tibbi müayinədən keçib "Mançester Yunayted"lə müqavilə imzalayacaq. Lakin bu sözləşmə sabah rəsmi şəkildə açıqlanacaq. 

Futbolçunun keçidi "Mançester Yunayted"ə 110 milyon avroya başa gələcək. Bundan əlavə, "qırmızı şeytanlra" "Yuventus"a 10 milyon avro bonus da ödəyəcəklər.


Digər xəbərlər

Xəbər xətti