Rəşad Sadıqov: "Hər kəs gördü ki..."

Sportarena.az      7 Avqust 2016 , 15:36

"Qarabağ”ın kapitanı Rəşad Sadıqovun müsahibəsi 


- Avroliqanın pley-off mərhələsində “Qarabağ” “Höteborq”la qarşılaşacaq. Püşkün nəticəsini necə dəyərləndirərdiz?

- Rəqib güclü komandadır. Ölkəsinin aparıcı klublarından biridir. Ötən mövsüm gümüş medal qazanıblar. Onların oyunlarını artıq izləmişik. Rəqib haqda məlumatımız var. Deyərdim ki, bu, bir-birinə bənzər 2 komandanın mübarizəsi olacaq. Onlar da topla oynamağı sevirlər, kombinasiyalı oyuna üstünlük verirlər. Bizi 2 gərgin oyun gözləyir. 

- Çoxları “Qarabağ”ın Çempionlar Liqası ilə vidalaşmasını çempionatdakı rəqabətsizliklə əlaqələndirirlər. Razısız bu fikirlə?

- Yox, belə deməzdim. Söhbətin ona aid yoxdur. Hər kəs gördü ki, Çexiya çempionuna qarşı inamlı oyun sərgilədik. Həm evdə, həm də səfərdə yaxşı oynadıq. 

- Yəni, çempionatımızda tətbiq olunan legioner limiti klublara probem yaratmır?

- Bu barədə düşünmürəm. Yenə deyirəm, biz “Viktoriya Plzen”dən üstün idik. İlk oyunda rəqiblə başa-baş oynadıq. Cavab matçında isə çexlərdən qat-qat üstün oynadıq. Amma son nəticədə ÇL-lə vidalaşdıq. Bunu nə iləsə bağlamağın mənası yoxdur. 

- Necə düşünürsüz, Premyer Liqamızda legioner limitinin artırılmasına ehtiyac var?
- Şəxsi fikrim belədir ki, limit qaldırılmalıdır. 

- “Zirə” - “Sumqayıt” oyununu stadiondan izlədiniz. İkinci turda məhz “Sumqayıt”la qarşılaşacaqsınız. Bu komanda necə təsir bağışladı?

- “Sumqayıt” yaxşı təsir bağışladı. Mübariz komandadırlar. Samir Abasov yaxşı kollektiv formalaşdırıb. Əlimizdən gələni edəcəyik ki, çempionata yaxşı start verək. İlk turda “İnter”lə üz-üzə gələcəyik. Çalışacağıq ki, həm “İnter”, həm də “Sumqayıt”la görüşlərdə yaxşı nəticə qazanaq.(futbolxeber.az)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin