Joze Mourinyo "Mançester Yunayted"də ilk titulunu qazandı

21:12 7 Avqust 2016

Bu gün İngiltərə Super Kuboku uğrunda "Mançester Yunayted" və "Lester" arasında görüş keçirilib.


Sportarena.az xəbər verir ki, son çempion "Lester" və yeni transerlərdən qurulmuş, ölkə kubokunun qalibi "Mançester Yunayted" arasında keçiriləcək final görüşü maraqla gözlənilirdi.

Superkubok uğrunda keçirilən matç "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, "Mançester Yunayted" 12-ci dəfə İngiltərə Superkubokunun qalibi olaraq yeni rekord müəyyənləşdirib.


Digər xəbərlər

Xəbər xətti