"Rio-2016": Teymur Məmmədov növbəti mərhələdə

10:47 8 Avqust 2016

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks üzrə növbəti qarşılaşmalar keçirilir.


Sportarena.az xəbər verir ki, millimizin bayraqdarı - Teymur Məmmədov 81 kiloqram çəki dərəcəsində ilk görüşünə çıxıb.


2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı olan T.Məmmədov mübarizəyə 1/16 final mərhələsindən başlayıb.


Yığmamızın bayraqdarının bu mərhələdə rəqibi ukraynalı Denis Solonenko olub. Teymur Məmmədov ukraynalı rəqibi Denis Solonenkonu 2-1 məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.


Qeyd edək ki, millimiz Rio-de-Janeyroda 10 kişi, 1 qadın boksçu ilə təmsil olunur.


Digər xəbərlər

Xəbər xətti