Rio-2016: bu gün 6 idmançımız mübarizə aparacaq

10:12 9 Avqust 2016

Rio-2016 Yay Olimpiya Oyunlarının V günündə Azərbaycan yığması 3 idman növü üzrə 6 idmançı ilə mübarizəyə qoşulacaq. 

Bu gün 3 boksçumuz yarışa start verəcəklər.
 
Oxatanımız Olqa Senyuk 1/32 final, akademik avarçəkənlərimiz Aleksandr Aleksandrov və Boris Yutov dueti isə yarımfinalda mübarizə aparacaqlar.
 
Olimpiya Oyunları

V gün
 
Boks
 
75 kq, 1/16 final

19:15. Kamran Şahsuvarlı (Azərbaycan) - Zao Minqqanq (Çin)

60 kq, 1/8 final

00:45. Albert Səlimov (Azərbaycan)- Oliver Coys Devid (İrlandiya)

+91 kq, 1/16 final

02:00.Məhəmmədrəsul Məcidov (Azərbaycan) - Mohammed Arjaoui (Mərakeş)
 
 
Kamandan oxatma

1/32 final

23:50. Olqa Sanyuk (Azərbaycan) - Hui Çao (Çin)
 
 
Akademik avarçəkmə, M2 X - 2000 m

Yarımfinal
 
17:30. Aleksandr Aleksandrov və Boris Yutov


Digər xəbərlər

Xəbər xətti