Boksçumuz 1/4 finala çıxdı

12:55 9 Avqust 2016

Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Əbdülqədir Abdullayev ilk döyüşünü başa vurub.
"Report"un məlumatına görə, 91 kq. çəki dərəcəsində mübarizə aparan boksçu fransalı Paul Omba Bionqolonu məğlub edib.
Təmsilçimiz hər üç raundda rəqibinə qalib gələrək adını 1/4 finala yazdırıb.
 


Xəbər xətti