Qadın güləşçilərimiz də Braziliyaya yollandı

13:11 9 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları 14-21 avqust tarixlərində baş tutacaq. 

Xəbər verdiyimiz kimi, sərbəst və yunan-Roma güləşi üzrə yığma komandamızın üzvləri artıq Braziliyadadır. Güləşçilərimiz Rio-de-Janeyro şəhərində Kuba yığma komandaları ilə birgə təlim-məşq toplanışında iştirak edir. 

Bu gün isə Olimpiadada iştirak edəcək qadın güləşçilərimiz Rio-de-Janeyroya yola düşüb. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (48 kq), Nataliya Sinişin (53 kq) və Yuliya Ratkeviç (58 kq) Olimpiadada mübarizə aparacaq. Qadın güləşçilərin mübarizəsi avqustun 17-18-də baş tutacaq. 

Xatırladaq ki, Mariya Stadnik Pekin Olimpiadasında bürünc, London Olimpiadasında gümüş medal qazanıb. Yuliya Ratkeviç isə London Olimpiya Oyunlarının bürünc mekafatçısıdır. 


Digər xəbərlər

Xəbər xətti