Superkubokun sahibi müəyyənləşir: "Real" yoxsa "Sevilya"?

13:35 9 Avqust 2016

Bu gün UEFA superkubokunun qalibi müəyyənləşəcək.

Sportarena.az xəbər verir ki, həlledici oyunda Çempionlar Liqasının son qalibi “Real” (Madrid) və Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gələcək.

Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, Kriştiano Ronaldo zədəli olduğu üçün bu oyunda “Real”a kömək edə bilməyəcək.

 

9 avqust

UEFA superkuobku

22:45.”Real” (Madrid, İspaniya) – “Sevilya”(İspaniya)
Hakimlər:  Milorad Maziç,  Milovan Ristiç, Dalibor Curceviç (Serbiya)


Digər xəbərlər

Xəbər xətti