"Real" əzmkar oyunla Superkubokun sahibi oldu

01:15 10 Avqust 2016

UEFA superkubokunun qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, həlledici oyunda Çempionlar Liqasının son qalibi “Real” (Madrid) və Avropa Liqasını qazanan “Sevilya” üz-üzə gəlib. Norveçin Tronheym şəhərində keçirilən matçda əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha bir qol vuran "Real" klubu Superkuboka sahib çıxıb.
Xatırladaq ki, Kriştiano Ronaldo və Beyl zədəli olduğu üçün bu oyunda “Real”a kömək edə bilməyib.

 


Digər xəbərlər

Xəbər xətti