"Rio-2016": bu gün 6 Azərbaycan idmançısı mübarizə aparacaq

Sportarena.az      10 Avqust 2016 , 13:13

XXXI Yay Olimpiya Oyunlarının beşinci günündə - avqustun 10-da Azərbaycanın 6 atleti mübarizə aparacaq. Atletlərimiz idmanın beş növü – boks, kanoe, üzgüçülük, cüdo və idman gimnastikası üzrə yarışacaqlar.


Sportarena.az xəbər verir ki, ilk olaraq mübarizəyə cüdoçumuz Məmmədəli Mehdiyev (90 kq) başlayacaq. İdmançımızın ilk rəqibi rusiyalı Kirill Denisov olacaq. Görüş Bakı vaxtı ilə 18:56-da başlayacaq.


Kanoe-slalom yarışlarına isə saat 21:30-da start veriləcək. Finala vəsiqə uğrunda yarışda idmançımız Yuri Meqliç 14 rəqibinə qarşı mübarizə aparacaq.


Mötəbər yarışda 91 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Abdulqadir Abdullayev ikinci görüşünə çıxacaq. İlk görüşündə fransalı idmançı Paul Omba Bionqolonu yarışdan kənarlaşdıran boksçumuz dörddəbir finalda özbəkistanlı Rustam Tulqanovdan üstün olmağa çalışacaq. Boksçumuzun görüşü saat 21:45-də başlayacaq.


İdman gimnastımız Oleq Stepko da bu gün mübarizə aparacaq. Təsnifat mərhələsində 6 hərəkətin cəmində 86.208 xal toplayaraq finala yüksələn gimnastımız medallar uğrunda yarışacaq.


Üzgüçülərimiz də starta hazırdırlar. Belə ki, Fatimə Alkərəmova 100 metr məsafəyə sərbəst, Boris Kirillov isə 200 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında qüvvəsini sınayacaq. Qadınların yarışına saat 21:17-də, kişilərin mübarizəsinə isə saat 21:40-da start veriləcək.(azərtac)

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin