Soldado üçün il başa çatdı

21:49 10 Avqust 2016

"Vilyareal" komandasının futbolçusu Roberto Soldado tibbi müayinədən keçib. Müayinə nəticəsində onun xaçvari bağlarının qırıldığı aşkar edilib. Məlumatı klubun mətbuat xidməti yayıb.


Klub futbolçunun müalicə müddəti haqqında xəbər vermir. Lakin bura söhbət ən azı 6 aydan gedə bilər. Forvard əməliyyat olunmalıdır.


Xatırladaq ki, Soldado "Deportivo" ilə bu yaxınlarda keçirilmiş yoldaşlıq oyunu zamanı zədə almışdı.


Digər xəbərlər

Xəbər xətti