Poqba: "Mourinyo sayəsində daha yaxşı futbolçu olacam"

21:28 10 Avqust 2016

Pol Poqba yeni klubu "Mançester Yunayted"də ilk açıqlamasını verib.


Klubun televiziyasına danışan 23 yaşlı yarımmüdafiəçi Joze Mourinyo ilə çalışacağı üçün həyəcanlandığını deyib:


"Mourinyo "Real"da işləyən zaman Morata və Varanla danışmışdım. Onlar mənə Mourinyonun  bəyənəcəyim məşqçi olduğunu, onun sayəsində daha da irəliləyəcəyimi söyləmişdilər. Onunla danışmaqdan müsbət enerji alıram. Mourinyo sayəsində daha yaxşı futbolçu və insan olacağıma əminəm".


Digər xəbərlər

Xəbər xətti