"Portu"nun futbolçusu "Trabzonspor"da

13:16 11 Avqust 2016

Türkiyənin "Trabzonspor" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.


Sportarena.az xəbər verir ki, komanda "Portu"nun futbolçusu Suk Hyun-Junu icarəyə götürüb. Cənubi koreyalı hücumçu yeni mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.


25 yaşlı oyunçunun "Trabzonspor"da illik məvacibi 1 milyon avro olacaq.


Xəbər xətti