Cüdoçumuz ilk görüşündə qələbə qazandı

17:46 12 Avqust 2016

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarında cüdo yarışları davam edir.


Sportarena.az xəbər verir ki,  turnirdə 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizəyə qoşulan Uşanqi Kokauri ilk görüşünü qalibiyyətlə başa vurub. Belə ki, mübarizəyə 1/16 final mərhələsindən başlayan cüdoçumuz latviyalı Arturs Nikiforenkonu məğlub edib.


U.Kokauri 1/8 final mərhələsində yaponiyalı idmançı Hisoyoşi Harasavay ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti