® AAAF Parkda möhtəşəm konsertlər olacaq!

18:32 12 Avqust 2016

Bu həftə AAAF Parkda yay axşamlarınızı daha da əyləncəli və yaddaqalan etmək məqsədi ilə möhtəşəm şou proqramlar təşkil ediləcək. Hər həftənin cümə, şənbə və bazar günləri tanınmış ifaçılar və müğənnilər sizə xoş anlar yaşadacaq, istirahətinizi maraqlı keçirməyiniz üçün imkan yaradacaqlar.


Bu gün saat 19:00-da məhşur ifaçılar Əbdül Xalid, Sami Oruc, Lamiyə, Kübra, skripkaçı Səlim öz möhtəşəm ifaları ilə sizin görüşünüzə gələcəklər.


Avqustun 13-ü, saat 18:30-da isə Əbdül Xalid, Rahidə Baxış, Rəhim Rəhimli, Elariz Məmmədoğlu, Kübra, Sami Oruc AAAF Parkın qonağı olacaq. Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olacaq.


14 avqust tarixində saat 18:30-da isə Əbdül Xalid, Samira, Sami Oruc, Kübra və Elariz Məmmədoğlu şən mahnıları ilə görüşünüzə gələcək. Şou proqramın aparıcıları Rüfət Nadirli və Humay Muxtarova olacaq. Konsert “Zirvə” restoranı ərazisində keçiriləcək.


Fəvvarə ətrafında “Zirvə” restoranının təamlarından dadıb, canlı musiqidən həzz alacaqsınız. Hamınızı bu imkandan yararlanmağa dəvət edirik!


GİRİŞ PULSUZDUR.


Digər xəbərlər

Xəbər xətti