"Mançester Yunayted"in hücumçusu "Sanderlend"də

21:41 12 Avqust 2016

"Sanderlend" heyətini yeni futbolçu ilə gücləndirib.
 

Sportarena.az xəbər verir ki, komanda "Mançester Yunayted"in hücumçusu Adnan Yanuzayı heyətinə qatıb. Hücumçu "Sanderlend"də icarə əsasında çıxış edəcək. Onunla 1 illik müqavilə imzalanıb.
 

Qeyd edək ki, 21 yaşlı futbolçu son mövsümü icarə əsasında  Dortmund "Borussiya"sında keçirib.


Digər xəbərlər

Xəbər xətti