"Xəzər Lənkəran"ın futbolçusu Qazaxıstanda bombardir oldu

10:01 13 Avqust 2016

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turniri başa çatıb.


Sportarena.az xəbər verir ki, turində Azərbaycanın U-17 yığmasında çıxış edən "Xəzər Lənkəran"ın yetirməsi  Xəqani Sadıqov 7 qolla "Prezident Kuboku"nun ən yaxşı bombardiri mükafatına layiq görülüb.


Qeyd edək ki, 17 yaşadak futbolçulardan ibarət yığma komandamız turniri 5-ci pillədə başa vurub.


Digər xəbərlər

Xəbər xətti