"Rio-2016": bu gün 3 idmançımız mübarizə aparacaq

13:35 13 Avqust 2016

Rio-da keçirilən Yay Olimpiya Oyunlarında bu gün daha 3 Azərbaycan idmançısı çıxış edəcək.


Sportarena.az xəbər verir ki, boks üzrə super ağır çəkidə (+91 kq) mübarizə aparan Məhəmmədrəsul Məcidov ikinci döyüşünə çıxacaq. Onun 1/8 finalda rəqibi qazaxıstanlı İvan Diçko olacaq.


Güllə atıcımız Ruslan Lunyov isə 25 m məsafəyə hədəfi dəqiq nişan almaq üçün ikinci təsnifat mərhələsində çıxış edəcək.


Velosipedçimiz Olqa İsmayılova isə keyrində ilk yürüşünə çıxacaq.


Boks

1/8 final
02:45. Məhəmmədrəsul Məcidov (+91 kq) – İvan Diçko (Qazaxıstan)


Güllə atıcılığı

25 m, II təsnifat mərhələsi
16:00. Ruslan Lunyov


Velospied idmanı

Keyrin
I mərhələ
17:00. Olqa İsmayılova


Digər xəbərlər

Xəbər xətti