Futbol tarixində ilk: hakim videotəkrara baxıb qərar verdi

01:17 14 Avqust 2016

Dünya futbolunda daha bir maraqlı hadisə yaşanıb.

Futbol tarixində ilk dəfə hakim dəqiq qərar vermək üçün videotəkrardan istifadə edib.

Hadisə ABŞ çempionatının 2-ci liqasında baş verib. Keçirilən "Nyu York Red Bulls II" - "Orlando Siti B" (5:1) matçında baş hakim İsmail Elfaz cərimə zərbəsini təyin etmək üçün videotəkrara baxıb və qərar verib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları vətəndaşı olan Elfaz əslən Mərakeşdəndir. O, müsəlman ailədə dünyaya göz açıb. 


Xəbər xətti