"Qəbələ"nin rəqibi məğlub oldu

10:50 14 Avqust 2016

Sloveniya çempionatında V turun oyunları keçirilir.
 

Sportarena.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qəbələ"nin rəqibi olan "Maribor" klubu növbəti matçını keçirib. "Bənövşəyilər" səfərdə "Qoritsa" ilə qarşılaşıb. 
"Maribor" bu görüşdə 1 - 2 hesabı ilə məğlub olub.
 

Qeyd edək ki, "Qəbələ"nin "Maribor"la matçıları 18-25 avqust tarixlərində baş tutacaq. İlk qarşılaşma Bakıda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti