"Alov qüllələri" Şahmat Olimpiadasında dəstək oldu

12:55 14 Avqust 2016

Bakının ən möhtəşəm binalarından sayılan "Alov qüllələri" 42-ci Ümumdünya Şahmat Olimpiadasının təbliğatına dəstək olur. Gecə saatlarında orijinal işıqlandırma sayəsində binaların üzərində vizual olaraq şahmat fiqurları canlandırılır. Hərəkətli fiqurlarla yanaşı şahmatın müxtəlif elementləri Bakı sakinləri və şəhərimizin qonaqlarını 42-ci Şahmat Olimpiadasına dəvət edir.


Xatırladaq ki, Bakı Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də Milli Gimnastika Arenasında keçiriləcək. Yarış Bakı Kristal Zalında baş tutacaq. İlk tur sentyabrın 2-də start götürəcək.  


Digər xəbərlər

Xəbər xətti