Boksçumuz 1/4 finala yüksəldi

10:11 15 Avqust 2016

“Rio-2016” Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.


Sportarena.az xəbər verir ki, oyunların növbəti günündə Avropa Oyunlarının qalibi, Azərbaycan boksçusu Lorenzo Sotomayor (64) “Rio-2016”da ikinci görüşünə çıxıb.


Boksçumuz 1/8 final mərhələsində fransalı idmançı Hassan Amzil ilə qarşılaşıb. Fransalı rəqibini məğlub edən Lorenzo Sotomayor dörddədəbir final mərhələsinə vəsiqə qazanıb.


Xəbər xətti