"Qəbələ" - "Maribor" matçını idarə edəcək hakimlər müəyyənləşdi

14:08 15 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qəbələ" - "Maribo" (Sloveniya) matçını idarə edəcək hakimlər müəyyənləşib.


Sportarena.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, matçın baş hakimi belaruslu Aleksey Kulbakov olacaq. Ona bu işdə həmyerliləri Vitali Malyutin və Oleq Maslyanko kömək edəcəklər. Oyunun dördüncü hakimi isə Denis Şerbakov olacaq.


Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da keçiriləcək matç saat 21:00-da başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti