"Göteborq" - "Qarabağ" matçının hakim təyinatları açıqlandı

14:29 15 Avqust 2016

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Göteborq" - "Qarabağ" matçının hakim təyinatları  açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, oyunu polşalı hakimlər briqadası idarə edəcək.
 
Belə ki, İsveçin "Qamla Ullevi" stadionunda keçiriləcək ilk matçın baş hakimi Pavel Raçkovski olacaq. Ona bu işdə Radoslav Sneyka, Mihal Obukoviç kömək edəcək. Oyunun dördüncü hakimi Tomaş Kvyatklovski olacaq.
 

Qeyd edək ki, avqustun 18-i keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq


Digər xəbərlər

Xəbər xətti