"Qəbələ" - "Maribor" matçının biletləri satışa çıxarıldı

15:47 15 Avqust 2016

UEFA Avropa Liqasının Play-off mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Maribor" (Sloveniya) oyununun biletləri satışa çıxarılıb. 


Sportarena.az xəbər verir ki, biletləri bu gündən etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.


Qeyd edək ki, avqustun 18-də "Dalğa Arena"da (Mərdəkan) keçiriləcək "Qəbələ" - "Maribor" matçı saat 21:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti