Könüllülər arasında şahmat turniri keçirilib

16:12 15 Avqust 2016

Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turniri təşkil olunub. İsveçrə sistemi ilə keçirilən yarış 5 turdan ibarət olub. Turnirin qalibi adını 5 oyundan 4.5 xal toplayan Murad Həşimov qazanıb.


5 oyundan 4 xal toplayan 4 könüllü arasında 2-3 cü yerin sahibini müəyyən etmək üçün tay-brek oynanılıb. Yekun nəticələrə əsasən, Pünhan Talıbxanlı və Kənan Namazlı müvafiq olaraq 2-3-cü yerləri tutub. Qızlar arasında ən yaxşı nəticəni 5 oyundan hərəyə 3,5 xal toplayan Aysel Məmmədzadə və Aytac Zülfüqarlı əldə ediblər.


Yarışın mükafatçılarına kubok, medal və müxtəlif dəyərli hədiyyələr təqdim olunub.


Qeyd edək ki, Bakı Şahmat Olimpiadasının könüllüləri arasında şahmat turnirinin keçirilməsində əsas məqsəd şahmat biliklərinin artırılması, qaydaların mənimsənilməsi, könüllülərin komanda quruculuğunun daha da möhkəmləndirilməsidir.


Digər xəbərlər

Xəbər xətti