"Rio-2016": güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaqlar

22:56 15 Avqust 2016

"Rio-2016" Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda Azərbaycan idmançıları təsəlliverici görüşə qatılmaq imkanı qazanıblar.


Sportarena.az xəbər verir ki, ilk görüşdə Rusiya idmançısı Davit Çakvetadzeyə məğlub olan Saman Təhmasibi (85 kq), dörddəbir finalda türkiyəli Rza Kayalapa uduzan Sabah Şəriətinin rəqibləri finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaqlar.


S.Təhmasibi iranlı Comeh Habibullah Axlaqhi, S.Şəriəti isə Venesuela idmançısı Ervin Coz Karaballo Kabrera ilə qarşılaşacaqlar.


Digər xəbərlər

Xəbər xətti