Useyn Boltdan vida mesajı

23:49 15 Avqust 2016

Yamaykalı atlet Useyn Bolt  “Rio-2016”nın onun üçün son olimpiada olduğunu açıqlayıb.


Ötən gecə Rio olimpiadasında 100 m məsafəyə qaçışda qızıl medal qazanan 30 yaşlı idmançı növbəti 200 metr və 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal  qazanaraq olimpiya oyunları ilə vidalaşmaq fikrində olduğunu deyib:


“Mənə bu uğurları qazanacağım halda ölümsüz olacağımı dedilər. Rio olimpiadasında daha iki medal qazanmalıyam. Sonra kənara çəkilə bilərəm. Onu da deyim ki, ötən illə müqayisədə daha yaxşı formadayam”.


Qeyd edək ki, 11 qat dünya çempionu olan Bolt  Pekin-2008 və London-2012-nin hərəsində 3 qızıl medal qazanıb. 


Digər xəbərlər

Xəbər xətti