Daha 3 idmançımız mübarizəyə qoşulur

11:06 16 Avqust 2016

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycanın 3 təmsilçisi mübarizə aparacaq.

 

Sportarena.az xəbər verir ki, əvvəlcə İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik kayak qayığı (K-1) ilə 200 metr məsafəyə final yürüşünə çıxacaq. Final yürüşü Bakı vaxtı ilə saat 16:47-də başlayacaq. 


Saat 17:00-da Yunan-Roma güləşi növündə Azərbaycanın son təmsilçisi Rəsul Çunayev 66 kq. çəki dərəcəsində ilk görüşünə çıxacaq. Onun 1/16 final mərhələsində rəqibi kubalı Migel Martines Palasio olacaq. 


Nəhayət, gecə saat 01:15-də boksçu Lorenso Sotomayor 64 kq çəki dərəcəsində 1/4 final görüşünə çıxacaq. O, rəqibi Yasnier Toledonu yenə bilsə, ən azı bürünc medalı təmin edəcək.


Xəbər xətti