Əvvəl "Maribor", sonra "Qəbələ"

23:24 16 Avqust 2016

Avqustun 18-i UEFA Avropa Liqasının "play-off" mərhələsinin ilk oyununda “Qəbələ” Sloveniyanın “Maribor” komandasını qəbul edəcək.


Sportarena.az xəbər verir ki, “Dalğa Arena”da keçiriləcək “Qəbələ” – “Maribor” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - avqustun 17-də saat 19:30-da arenanın media zalında start götürəcək. 


İlk olaraq jurnalistlərin önünə “Maribor”un baş məşqçisi Darko Milaniç çıxacaq. 20:30-da isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.


Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda keçiriləcək. “Maribor” saat 20:00-da "Dalğa Arena"da, “Qəbələ” isə 18:30-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.


Xəbər xətti