Rəsul Çunayev bürünc medal qazandı

10:26 17 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.


Sportarena.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rəsul Çunayev bürünc medal uğrunda mübarizədə Koreya Respublikasından olan Hansu Ryu ilə qarşılaşıb.


Rəqibinə 8:0 hesabı ilə qalib gələn R.Çunayev XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Bu, "Rio-2016"da Azərbaycan yığma komandasının sayca beşinci medalı olub.


Digər xəbərlər

Xəbər xətti