Rusiya yığması qızıl medaldan məhrum edildi

13:56 17 Avqust 2016

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanın yüngül atletika üzrə yığma komandasını 2008-ci il Pekin Olimpiadasında qazandığı qızıl medaldan məhrum edib.


Buna həmin Olimpiadada 4x100 metr məsafəyə qaçış yarışında mübarizə aparan Yuliya Çermoşanskayanın dopinq-testinin nəticələri səbəb olub. Həmin yarışda Y.Çermoşanskaya ilə birlikdə Yevgeniya Polyakova, Aleksandra Fedoriva və Yuliya Quşina da çıxış ediblər.


Bu gündən Rusiyanın 4x100 metr məsafəyə qaçış üzrə yığma komandası rəsmi olaraq diskvalifikasiya edilib. Həmin vaxt sonrakı yerləri Belçika, Nigeriya və Braziliya komandaları tutmuşdular. Rusiya Olimpiya Komitəsindən qızıl medalları qısa vaxtda geri qaytarmaq tələb olunur.


Digər xəbərlər

Xəbər xətti