Bakı Şahmat Olimpiadasının bayrağı Elbrus zirvəsində

16:51 17 Avqust 2016

Bakı Kristal Zalın texniki direktoru Elçin Məmmədov və R-Com şirkətinin direktoru Tural Məmmədov Rusiyanın, eləcə də Avropanın ən hündür zirvələrindən sayılan – 5642 metr hündürlüyü olan Elbrus dağının zirvəsini fəth ediblər.


Onlar dağın zirvəsində Azərbaycan bayrağını, Bakı Kristal Zalın və bu ilin sentyabr ayında bu arenada keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının bayrağını dalğalandırıblar.


Xəbər xətti