"Barselona" daha bir transfer edir

17:31 17 Avqust 2016

Ehtiyat forvard axtarışında olan "Barselona" üçün yeni namizəd var.


Kataloniya klubunun Pako Alkaker və Karlos Bakkadan sonra "Vest Bromviç"dən Salomon Rondonu hədəfə aldığı deyilir.


Qeyd edək ki, Salomon Rondon 2014-cü ildə "Rubin"dən "Zenit"ə 18 milyon avroya transfer olunub.


"Vest Bromviç" isə 2015-ci ildə onu 17 milyon avroya alıb. Hazırda "Transfermarkt" 26 yaşlı hücumçuya 17 milyon avro qiymət qoyub. 


Digər xəbərlər

Xəbər xətti