Taekvondoçumuz bürünc medal qazandı

11:30 18 Avqust 2016

"Rio-2016" Yay Olimpiya Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verilib.


Sportarena.az xəbər verir ki, Olimpiya Oyunlarında 4 idmançı ilə təmsil olunan komandamızın qadın üzvü,-49 çk çəki dərəcəsində mübarizəyə qatılan Patimat Abakarova ilk döyüşündə Serbiyalı Tiyana Boqdanoviçə 2-3 hesabı ilə məğlub olsa da, serbiyalı idmançının finala qədər irəliləməsi Patimatın bürünc medal qazanmaq üçün yolunu açdı.

Belə ki, Abakarova təsəlliverici döyüşdə ilk rəqibi ikiqat dünya və ikiqat olimpiya çempionu Çin təmsilçisi Jinqyu Wu ilə görüşüb. Qarşılaşmadan 4-3 hesabı ilə qalib ayrılan həmyerlimiz bürünc medal uğrunda Fransalı idmançı, dünya üçncüsü olan Yasmina Aziezə də şans verməyərək (7-2) XXXI Yay Olimpiya Oyunlarının bürünc mükafatına layiq görüldü. Nəzərinizə çatdıraq ki, Patimat Abakarova Azərbaycan taekvondo tarixində medal qazanmaqla ilkə imza atdı.


Xəbər xətti