"Qarabağ"a Dino Ndlovu şoku

14:50 18 Avqust 2016

Bu gün Avropa Liqassının pley-off mərhələsinin ilk oyunlarına start veriləcək.
 

Son Azərbaycan çempionu "Qarabağ” İsveçdə "Göteborq" komandasının qonağı olacaq. 

 
Ağdam təmsilçisi sözügedən qarşılaşmaya ciddi itki ilə çıxacaq. Ağdam təmsilçisi Kiprin "Anortosis" klubundan trasnfer edilən Dino Ndlovunun xidmətindən istifadə edə bilməyəcək. 
 

Kipr çempionatında 26 oyuna 18 qol vuran futbolçu bu gün baş tutacaq qarşılaşmada iştirak etməyəcək. "Atlılar"ın baş məşqçisi Qurban Qurbanov oyundan bir gün öncə keçirdiyi mətbuat konfransında hücumçunun oynamaycağının səbəblərini açıqlayıb.  
 

44 yaşlı mütəxəssis bildirib ki, Dino oynamaq üçün fiziki cəhətdən hazır deyil. O, Dinonun cavab matçında iştirak etmək şansının olduğunu vurğulayıb və bunun üçün futbolçunun daha çox çalışmasını bildirib. 


Xəbər xətti