Karateçilərimiz İranda

15:55 18 Avqust 2016

Milli komandanın üzvləri böyük heyətlə İranın Ürmiyə şəhərində beynəlxalq turnirə yollanıb. 


Sportarena.az xəbər verir ki, ümumi mükafat fondu 60 min dollar olan 12-ci dostluq və həmrəylik turnirində 15 ölkədən 320-dək karateçi mübarizə aparacaq. 


İdmançılardan başqa beynəlxalq hakimlərimiz də Urmiyə turnirində iştirak edəcələr. 


Ənənəvi beynəlxalq turnirin ardından əsas milli komandanın üzvləri beynəlxalq təlim-məşqlərə qatılacaqlar.


Digər xəbərlər

Xəbər xətti