Nataliya Sinişin bürünc medal qazandı

10:51 19 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 


Sportarena.az xəbər verir ki, güləş yarışlarının beşinci günündə 53, 63 və 75 kq çəki dərəcələrində qadınlar arasında qaliblər müəyyənləşib. Yığmamız bir çəkidə idmançı ilə təmsil olunub.


53 kq çəki dərəcəsində mübarizə aparan Nataliya Sinişin ilk görüşündə 3 qat Olimpiya çempionu Saori Yoşida ilə qarşılaşıb və rəqibinə məğlub olub. Onun finala yüksəlməsi güləşçimizə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Seneqaldan İsabelle Sambounu üstələyən Nataliya Sinişin bürünc medal görüşünə haqq qazanıb. Venesuela idmançısı Arguello Villegasa qalib gələn güləşçimiz Olimpiya Oyunlarının bürünc medalını qazanıb. 


Digər xəbərlər

Xəbər xətti