15 yaşlı çinli çempion oldu

11:59 19 Avqust 2016

On beş yaşlı çinli idmançı Jen Tsyan “Rio-2016” Olimpiya Oyunlarında 10 metr hündürlükdən suya tullanma yarışlarında qızıl medal qazanıb.


Sportarena.az xəbər verir ki, çinli idmançı finalda 439,25 balla fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gümüş medala onun komanda yoldaşı 17 yaşlı Sı Yatsze sahib olub. Kanada idmançısı Meqan Banfeto isə yarışı üçüncü pillədə başa vurub.


Qeyd edək ki, Çin idmançıları “Rio-2016”da suya tullanma üzrə 7 dəst medaldan 6-da qalib olublar.


Xəbər xətti