Useyn Bolt 8 qat Olimpiya çempionu oldu

13:58 19 Avqust 2016

Əfsanəvi yamaykalı sprinter Üseyn Bolt karyerasında Olimpiya Oyunlarının səkkizinci qızıl medalını qazanıb.


Sportarena.az xəbər verir ki, atlet Rio-2016-da 200 metr distansiya üzrə final mərhələdə 19,78 saniyə nəticə göstərərək birinci yerə çıxıb.


Gümüş medala kanadalı Andre de Qrasse (20,2 saniyə), bürünc medala isə fransalı Kristof Lemetr (20,12 san.) layiq görülüb.


Qeyd edək ki, Üseyn Bolt Rio-2016-da bundan əvvəl 100 metr distansiya da qızıl medal qazanıb.


Digər xəbərlər

Xəbər xətti