Hacı Əliyev "Rio-2016"nın bürünc medalını qazandı

00:24 20 Avqust 2016

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. 


Sportarena.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan güləşçimiz Hacı Əliyev ilk görüşündə Koreyadan Junsik Yun üzərində inamlı qələbə qazanıb. Ardınca gürcü Vladimer Xinçeqaşvili ilə gərgin keçən görüş rəqibin xeyrinə başa çatıb. Onun finala yüksəlməsi Hacı Əliyevə bürünc medal şansı verib. Təsəlliverici görüşdə Qazaxstan idmançısı Nurislam Sanayevlə gərgin keçən görüşü üstün tamamlayan Hacı Əliyev olub. Son görüşdə isə güləşçimiz Bolqarıstandan Vladimir Dubovu tam üstünlüklə məğlub edib. Bu qələbə ilə güləşçimiz Rio Olimpiadasının bürünc medalına da sahib olub. 


Digər xəbərlər

Xəbər xətti