"Qəbələ" Azərbaycanın xal ehtiyyatını artırdı

00:49 20 Avqust 2016

"Qəbələ"nin "Maribor" (3:1) üzərindəki qələbəsi Azərbaycanın UEFA-nın klub reytinqindəki əmsalını daha 0.250 xal artırıb.


Sportarena.az xəbər verir ki, bu qələbədən sonra ölkəmizin xalı 16.250-ə çatıb. Cari avrokubok mövsümündə ölkəmizin reytinq əmsalını "Qəbələ” 1.375, "Qarabağ” 0.625, "Kəpəz”lə "Neftçi” isə 0.375 xal artırıb.


Hazırda Azərbaycan klub reytinqində Avropada 24-cüdür.


Xəbər xətti