Useyn Bolt 9 qat Olimpiya çempionu oldu

10:55 20 Avqust 2016

Useyn Bolt Yamayka yığmasının heyətində 4x100 metr məsafəyə estafet qaçışı yarışlarında Olimpiya çempionu olub.


Sportarena.az xəbər verir ki, yarışda Yamayka yığması (Useyn Bolt, Asafa Pauel, Nikel Aşmid və Yoxan Bleyk) 37,27 saniyə nəticə ilə birinci, Yaponiya yığması ikinci (37,60), ABŞ yığması isə üçüncü yeri tutub (37,62).


Bununla da Yamaykalı sprinter doqquzqat Olimpiya çempionu adını qazanıb.


Bundan əvvəl isə Useyn Bolt 2008-ci ildə Pekində və 2012-ci ildə Londonda keçirilən Olimpiadalarda 6 qızıl medal əldə edib.


Xəbər xətti