"Qalatasaray" 3 futbolçudan imtina etdi

11:39 20 Avqust 2016

"Qalatasaray" 2016/17 mövsümü üçün sifariş ərizəsini TFF-ə təqdim edib.


"Sarı-qırmızılar"ın heyətindən kənarda qalan Tarık Çamdal, Olcan Adın və Umut Bulutun adı siyahıya daxil edilməyib. 


"Qalatasaray"lı İdmançılar Dərnəyi Başçısı Levent Nazifoğlu bir neçə gün öncə mətbuata açıqlamasında "Mən olduğum müddətdə bu futbolçular "Qalatasaray"da oynamayacaq", - deyə bildirmişdi. 


Onların əvəzində heyətə 4 yeni gənc oyunçunun adı əlavə edilib. Bunlar Doğuş Can İndere, Kerem Çalışkan, Birhan Atasever və Berk Ünsaldır.


Digər xəbərlər

Xəbər xətti