Son ölkə çempionumuzun UEFA Kubokundakı əqibləri müəyyənləşdi

17:10 21 Avqust 2016

Futzal üzrə Azərbaycan çempionu "Araz"ın UEFA Kubokundakı rəqibləri müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, təmsilçimiz "Tiflis Universiteti" (Gürcüstan) və "Feniks" (Kosovo) ilə eyni qrupda mübarizə aparacaq.


Beləliklə, bu klublar Makedoniya "Jelezareç"i də daxil olmaqla UEFA Kubokunun əsas seçmə mərhələsində Azərbaycan çempionu ilə mübarizə aparmaq şansı qazanıblar. Sözügedən qarşılaşmalar oktyabrın 11-16-da Makedoniyada keçiriləcək.


Xəbər xətti